VAKANSİYA

“Baku Bus” işçi axtarır -VAKANSİYA
08 İYUL
1748

“Baku Bus” işçi axtarır -VAKANSİYA

2018-07-08 10:00:00

Baku Bus” MMC aşağıda qeyd edilmiş vakant iş yerinə  işçi qəbulu elan edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Hüquqşünas

1. Cəmiyyətin fəaliyyəti ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
2. Struktur bölmələrin əsasnamələrinin və daxili prosedurların hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərin qanunauyğunluğunu yoxlamaq; 
3. Cəmiyyətin əmr və qərarlarının, həmçinin etibarnamə və məktubların layihələrinin hazırlanmasına köməklik göstərmək;
4. Müqavilələrin hüquqi ekspertizasını və tərtibatını həyata keçirmək;
5. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırmaq;
6. Cəmiyyətin tərəfdaşları ilə bağlanılacaq müqavilələrin standart formasının hazırlanıb struktur bölmələrə verilməsinin təmin etmək;
7. Hüquq-mühafizə, məhkəmə, və digər dövlət orqanları və qurumlarda səlahiyyətləri çərçivəsində Cəmiyyəti təmsil etmək; 
8. Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

 Ali hüquqi təhsil, 
 Müvafiq sahədə ən azı 3 il təcrübə 
 Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
 MS Office proqramında işləyə bilmək bacarığı,
 Azərbaycan dilində sərbəst danışmaq, oxumaq və yazmaq.
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  cv@bakubus.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273