VAKANSİYA

"PAŞA Holdinq" işçi axtarır -VAKANSİYA
05 İYUL
2404

"PAŞA Holdinq" işçi axtarır -VAKANSİYA

2018-07-05 15:07:00

PASHA Holding Qrup üzrə Maliyyə departamenti daxilində Maliyyə hesabatları üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

İşin təsviri:

• Rüblük, yarımillik və illik maliyyə hesabatların hazırlanması;
• Birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatların hazırlanması;
• Kənar auditorlar ilə maliyyə hesabatları və mühasibat məsələlərinə dair əlaqədə olub, onlar ilə audit müqavilələrin şərtləri üzrə şirkətin bu məsələlərdə mövqeyinə uyğun razılığa gəlmək;
• Maliyyə hesabatların auditi və daxili nəzarət zamanı dəstək göstərmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
• Mühasibatlığı nəzarətdə saxlamaqla, yarana biləcək uyğunsuzluqları aşkar edib, onları aradan qaldırmaq;
• MIS üzrə hesabatların və müvafiq təqdimatların hazırlanması;
• Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
• İşi mühasibat qayda və prosedurlarına və daxili sənədləşmə nəzarətinə uyğun şəkildə aparmaq;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

• Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi
• Maliyyə hesabatı sahəsində 3-4 il peşəkar təcrübə;
• Güclü analitik bacarıqları;
• Güclü ünsiyyət bacarıqları;
• İngilis, Azərbaycan mükəmməl bilik, rus dilinin biliyi üstünlükdür;
• MS Office proqramların mükəmməl bilik səviyyəsi.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
 
• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Maliyyə hesabatı üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 7 avqust, 2018-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273