VAKANSİYA

AFB Bank bu filiala işçilər axtarır
05 İYUL
606

AFB Bank bu filiala işçilər axtarır

2018-07-05 14:23:00

AFB Bank "Qəbələ" filialında kassir vəzifəsinə vakansiya elan edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 Vəzifə: "Qəbələ" filialı - Kassir

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Qəbələ şəhəri.

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

-Son dərəcə diqqətli, qiymətlilərlə işləməyi bacaran, riyazı hesablama qabiliyyəti yüksək olan;

-Kassir, inkassator işləmiş və ya bank sahəsində müəyyən bilikləri olan namizədlərə üstünlük verilir.

 İŞİN TƏSVİRİ:

-Pul sayılması və qəbulu, çeşidlənməsi, əməliyyatların yoxlanılaraq təstiqlənməsi, müştərilərə müxtəlif bank kassa (ödənişlərin verilməsi, mübadilə, və.s) xidmətlərinin  göstərilməsi;

-Etibarlı və diqqətli olması;

-Kassirə aid bütün digər əməliyyatlar.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qəbələ filialı - Kassir” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.


 AFB Bank "Qəbələ" filialında kredit mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 Vəzifə: "Qəbələ" filialı - Kredit mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Qəbələ şəhəri.

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

-Ali təhsil; 

-Kreditlərin verilməsi məqsədi ilə müştəri cəlb etmək potensialı olan;

-Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydaları öyrənmə istəyi və bacarıqları olan; 

-Maliyyə hesabatları hazırlama və analiz etmə bacarığı olan;

-Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə.

 İŞİN TƏSVİRİ:

-Yeni müştərilərin cəlb edilməsi və kreditləşməsi;

-Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını təmin etmək;

-Mikro, SME, Korporativ və Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi;

-İri kreditlərin kreditlərin qiymətləndirilməsi və monitorinqində iştirak etmək;

-Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə      kreditləri komitəyə çıxarmaq;

-Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;

-Bankın digər əməliyyatlarında yaxından iştirak etmək və rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qəbələ filialı - Kredit mütəxəssisi ” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.


 AFB Bank "Qəbələ" filialında baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

  Vəzifə: "Qəbələ" filialında baş mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Qəbələ şəhəri.

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

-Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);

-Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər; 

-Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;

-Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;

-Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə.

 İŞİN TƏSVİRİ:

-Yeni müştərilərin cəlb edilməsi və kreditləşməsi 

-Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını təmin etmək;

-Mikro, SME, Korporativ və Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi

-İri kreditlərin kreditlərin qiymətləndirilməsi və monitorinqində iştirak etmək;

-Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditləri komitəyə çıxarmaq

-Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi.

Bankın digər əməliyyatlarında yaxından iştirak etmək və rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qəbələ filialında baş mütəxəssis ” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.


 AFB Bank "Qəbələ" filialında əməliyyatçı vəzifəsinə vakansiya elan edir.

 Vəzifə: "Qəbələ" filialında əməliyyatçı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Qəbələ şəhəri.

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

-Ali təhsil

-Bank sistemində qüvvədə olan normativ qaydaları bilən və əməliyyat bölməsində iş təcrübəsi olan.

İŞİN TƏSVİRİ:

- Əməliyyatçının bütün vəzifə öhdəliklərinin düzgün icrası

 -Müştərilərə yüksək səviyyəli xidmət göstərilməsi

- Əməliyyatların vaxtında və qanunauyğun icrası

 -Hesabatların verilməsi

- Rəhbərliyin bankın işlərinə dair verilmiş digər tapşırıqların vaxtında icrası.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qəbələ filialında əməliyyatçı” qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273