VAKANSİYA

AFB Bank işçilər axtarır -VAKANSİYA
04 İYUL
977

AFB Bank işçilər axtarır -VAKANSİYA

2018-07-04 11:37:00

AFB Bank bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Vəzifə:  Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali iqtisadi təhsil;
• Birja əməliyyatları sahəsində iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq;

• Valyuta, qiymətli kağız və digər yerli və xarici maliyyə bazarları instrumentləri haqqında peşəkar biliklər;

• Bazar risklərinin idarə edilməsi haqqında peşəkar biliklər;

• Bloomberg terminalından istifadə üzrə peşəkar bilik;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər. 

 İŞİN TƏSVİRİ:

• Yerli və xarici maliyyə bazarlarında (valyuta, qiymətli kağız və digər) əməliyyatların aparılması;

• Aparılmış əməliyyatlarla bağlı müvafiq sənədləşmə işlərinin icrası;
• Maliyyə bazarları üzrə dövrü olaraq təhlillərin aparılması;

• İnvestisiya portfelinin yaradılması və idarə edilməsi;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

  Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.


 AFB Bank maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 Vəzifə: Maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi

 İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali iqtisadi təhsil;
• Xarici maliyyə institutları və müxbir əlaqələr sahəsində iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər. 

İŞİN TƏSVİRİ:

• Xarici maliyyə institutları ilə əlaqələrin yaradılması, müxbir hesabların açılması;
• Müxbir hesab əlaqələrinin saxlanması, lazımı sənədləşmə işlərinin aparılması;
• Müxbir banklarla yaranmış problemlərin həll edilməsi;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.


 AFB Bank aktiv və passivlərin idarə edilməsi üzrə menecer vəzifəsinə vakansiya elan edir.

 Vəzifə: Aktiv və passivlərin idarə edilməsi üzrə menecer

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali iqtisadi təhsil;
• Likvidlik, valyuta və faiz risklərinin idarə edilməsi sahəsi üzrə peşəkar biliklər;
• Maliyyə təhlili sahəsində peşəkar biliklər;
• İnvestisiyaların təhlili sahəsində peşəkar biliklər;
• İngilis dilində sərbəst danışıq;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər.

İŞİN TƏSVİRİ:

• Likvidlik, faiz və valyuta riskləri üzrə hesabatların hazırlanması və təhlili;
• Likvidlik, faiz və valyuta risklərinin müəyyən edilmiş çərçivədə idarə edilməsi;
• Aktiv və Passivlərin İdarə edilməsi sahəsi üzrə sənədləşmə işlərinin aparılması;
• Aktiv və Passivlərin İdarə edilməsi Komitəsinin işinin təşkili və katibliyi;
• İnvestisiyaların təhlili;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aktiv və passivlərin idarə edilməsi üzrə menecer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267