VAKANSİYA

“Mətanət A” işçi axtarır - VAKANSİYA
29 İYUN
1625

“Mətanət A” işçi axtarır - VAKANSİYA

2018-06-29 11:47:00

“Mətanət A” şirkəti  satınalma üzrə mütəxəssis vakansiyasını elan edir.

  İşin təsviri:

 Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satın alınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  • İstehsalçışirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
  • Çatdırılma, logistika və nəqliyyat nəzarətinin təşkili;
  • Alınan malların keyfiyyətinə nəzarət.

 İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;

  • İstirahət: Şənbə və bazar günü.

 Əmək haqqı:

 Razılaşma yolu ilə:

 Tələblər:

  • Təhsil: Ali (bakalavr);
  • Yaş həddi: 25-35;
  • Kompüter biliyi: MS Office  (Word, Excel);
  • Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
  • 2 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  • Satınalma və təchizat sahəsində təcrübə (texniki biliklərə malik, tikinti malları, alətlər və hissələr,  elektrik və elektronika məhsulları, onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərəüstünlük verilir);
  • Yaxşı analitik vəünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqlarına malik olmalı, qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
  • Satınalma sənədlərini hazırlama qabiliyyəti;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  • Gömrüklə işləmə təcrübəsi;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Xarici ezamiyyətlərə getmə imkanı;
  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bacarmalı;

 Qeyd:

      - İşçi işin xarakterindən asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

    - Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə           götürülmürlər;

    - CV-ləri [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252