VAKANSİYA

Peşə Təhsili üzrə Dövlət Agentliyi işçi axtarır -VAKANSİYA
25 İYUN
3186

Peşə Təhsili üzrə Dövlət Agentliyi işçi axtarır -VAKANSİYA

2018-06-25 15:06:00

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi işçi axtarır.

Peşə Təhsil Mərkəzində işləmək istəyən ixtisaslı mütəxəssislərin nəzərinə!

Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə aşağıdakı sahələr üzrə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilir:        

- İKT (Veb-dizayn, Şəbəkənin quraşdırılması və təmiri, Proqramlaşdırma)
- Avtomobil (Mühərrikin təmiri, Korpusun təmiri və boyanması, Elektrik )
- Mexanika (Ümumi mexanika, CNC-Tornaçı və frezləmə dəzgahlarının işi, Auto CAD/CAM)
- Sənaye sahəsində quraşdırma (Xüsusi qaynaq, Qövs qaynaq Santexnika)
- Elektrik (PLC & İdarəetmə qurğusu, Elektromontaj işləri, Texniki xidmət)
- Elektronika (Elektrik avadanlıqlarının təmiri, Rəqəmsal -Mikroprosessor, Analog -Ümumi elektron sxemlər)
- Avtomatlaşdırma (İstehsal proseslərinin avtomatlaşdırılması, Hidravlika, Pnevmatika)
- İnşaat (Auto CAD, Dülgər, İnteryer)

Müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsilinə, həmçinin bu sahədə minimum 2 il iş təcrübəsinə malik olan mütəxəssislər işə qəbul üçün müraciət edə bilərlər.

İşə qəbul olunan mütəxəssislərə 2 ay müddətində Bakıda Koreyalı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mütəxəssislər növbəti 3 ay ərzində isə Koreyada keçirilən təlimlərdə iştirak edəcəklər. Təlimlər ödənişsizdir.

Qəbul seçim yolu ilə aparılır. Seçim zamanı ingilis dilini bilən namizədlərə üstünlük veriləcək. Əmək haqqı yüksəkdir.

İşləmək istəyən ixtisaslı mütəxəssislər iyulun 10-dək CV-lərini [email protected] elektron poçt ünvanına  göndərə bilərlər.

Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254