VAKANSİYA

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA
22 İYUN
2458

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA

2018-06-22 15:07:00

"Optimal Elektronika" Çağrı Mərkəzinin Operatoru vəzifəsinə işçi axtarır. 

Vakansiya aktiv olan regionlar: Bakı

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Kompüterlə sərbəst iş bacarığı;
• Ofis proqramlarında işləmək bacarığı;
• Problemləri sərbəst, müstəqil həll etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Kollektivlə işləmək bacarığı.

Əsas vəzifələr:

• Daxil olan telefon zənglərinin cavablandırılması; 
• Müştəri xidmətlərinin salahiyyətləri çərçivəsində abonentlərə yüksək səviyyəli xidmət göstərmək;
• Müştəri şikayətlərini aydınlaşdırmaq və həll etmək;
• Rəhbərliyə lazımi hesabat və məlumatların hazırlanıb təhvil vermək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş saatları 09:00-18:00, həftədə 6 iş günü;
• Karyera yüksəlişi imkanı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Çağrı Mərkəzinin Operatoru” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250