VAKANSİYA

"Baku Electronics" işçi axtarır -VAKANSİYA
20 İYUN
2511

"Baku Electronics" işçi axtarır -VAKANSİYA

2018-06-20 18:54:00

"Baku Electronics" Dekor ve Tekstil Kategoriyasının Layihə rəhbəri vəzifəsinə işçi axtarır. 

Tələblər:

- Üzərinə düşən vəzifələrin vaxtında, tam, keyfiyyətli və müstəqil icrası,
- Yazı, təhlil, hesabat vermə işləri,
- Vəzifəsinə uyğun nəzəri-praktiki bilik səviyyəsi,
- Məqsədyönlülük, idarəetmə və qərar vermə bacarıqları,
- İş mühiti ilə uyğunlaşma, kollektivlə birgə iş,
- Dəqiqlik və məsuliyyət,
- Loyallıq və şirkət qaydalarına riayyət etmə.

Vəzifə öhdəlikləri:

- İşçi qrupların fəaliyyətinin planlaşdırılması, işçi qrupların planlaşdırma fəaliyyətinə rəhbərlik etmək, komandaların fəaliyyət sahələrini dəqiq müəyyən etmək, komandaların idarə olunmasında rəhbərliyə dəstək olmaq,
-  Hesabat: layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatlar təqdim etmək,
- Bazar araşdırmasında fəal iştirak etmək. Məhsul çeşidini bazar ve müştəri tələbinə görə müəyyən etmək,
- Qiymət strategiyasını tənzimləmək,
- Kategoriya yönədilməsi ve satış arasında tənzimləyici olmaq,
- Məhsulun sərgilənməsini idarə etmək. Merçendayzinq qaydalarını inkişaf etdirmək,
- Marketinq və reklam strategiyasını marketinq departamenti ile çalışmaq, şirkətin promo aksiyalarını, məhsullarla bağlı digər marketinq fəaliyyətini idarə etmək və bununla bağlı marka müdirləri və təcizatçılar ilə əməkdaşlıq etmək.


- Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini [email protected] elektron poçtuna göndərməlidir.
- "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257