VAKANSİYA

"Baku Electronics" işçi axtarır -VAKANSİYA
16 İYUN
3000

"Baku Electronics" işçi axtarır -VAKANSİYA

2018-06-16 11:43:00

"Baku Electronics" Audit üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Tələblər:

• İqtisadiyyat, mühasibatlıq, audit və ya maliyyə sahəsində ali təhsil;
• Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit və ya digər oxşar sahələrdə ən azı 1-3 illik təcrübə;
• Daxili nəzarət və qiymətləndirmə prosedurları haqqında biliklər;
• Güclü MS Office (Word və Excel)
• CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük  hesab edilir;
• Müstəqillik və obyektivliyi saxlamaq bacarığı;
• Hesabatların hazırlanması bacarıqları;
• Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti;
• Bir neçə işin öhdəsindən eyni vaxtda gələ bilmək və tapşırıqların vaxtında yerinə yetirilməsi;
• Yeni şərtlər, informasiya və problemlərə adaptasiya olunma bacarığı.

Vəzifə öhdəlikləri:

• Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq.
• Yeni yazılmış proseslərin öyrənilməsi və gərəkdiyi halda düzəlişlər edilməsi üçün fikir bildirmək.
• Tələb edilən hallarda yazılı proseslərin icrası vəziyyətini yoxlamaq.
• Planlı və qəfil inventarizasiya işini aparmaq.
• Satış nöqtələrinə yerində baxış keçirmək və fəaliyyətlərini qiymətləndirmək.
• Tələb edilən hallarda rayon mağazalarına ezamiyyətə getmək.
• Audit işinin nəticəsi haqqında hesabat hazırlamaq və təqdimat etmək.
• Təftiş Komissiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak etmək;
• Təftiş Komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləri təhlil etmək və müvafiq sənədləşməni aparmaq; 
• Kənar auditlə bağlı hesabatları təhlil etmək və müvafiq sənədləşməni aparmaq;
• Maliyyə, iqtisadi, mühasibat uçotu, hesabatlılıq, audit və digər sahələrə dair araşdırma və təhlil aparmaq və nəticələrə dair məlumat vermək;

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
"Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272