VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır -VAKANSİYA
14 İYUN
2154

“PAŞA Sığorta” işçi axtarır -VAKANSİYA

2018-06-14 19:39:00

“PAŞA Sığorta” ASC namizədləri Vergi  üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
• Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
• Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
• Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
• Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Bilik və bacarıqlar:

• Maliyyə istiqamətində ali təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl bilikllər;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
• Mühasibat uçotunun qanunverici bazasını, Vergi, Əmək, Mülki Məcəlləsi;
• Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı;
• Maliyyə sahəsində vergi mühasibi kimi 2 il iş təcrübəsi.

Son müraciət tarixi: 15 iyul, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258