VAKANSİYA

“Kapital Bank” işçi axtarır -VAKANSİYA
15 İYUN
2138

“Kapital Bank” işçi axtarır -VAKANSİYA

2018-06-15 10:00:00

“Kapital Bank” ASC  Strategiyanın İdarə Edilməsi üzrə təcrübəli şəxsləri əməkdaşlığa dəvət edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Öhdəliklər

• Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
• Bank strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili;
• Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
• Bank üçün strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi;
• Mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi;
• Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi;
• Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi;
• Aşkar edilmiş məqamlar barədə tövsiyyələrin və təhlinin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi;
• Bütün Bankı əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması;
• Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak.

Tələblər

• Strateji planlaşdırma və məsləhət xidmətləri sahəsində ən azı 2 il idarəetmə təcrübəsi;
• Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə;
• Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
• Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
• Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
• Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti;
• Güclü kritik düşünmə və biznesə maraq;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarığı;
• Yüksək səviyyədə şəxsi keyfiyyətlər;
• MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi.

CV-lərinizi, mövzu hissəsində “Strategiyanın idarə edilməsi” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267