VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA
13 İYUN
1353

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA

2018-06-13 14:55:00

Sumqayıt Texnologiyalar Parkı Metalkonstruksiyalar üzrə quraşdırıcı çilingər vəzifəsinə işçi axtarır. 

Vəzifə öhdəlikləri:

• Əsas və köməkçi avadanlıqların, yükqaldırma maşın və mexanizmlərin təyinatını; 
• Avadanlıqların qovşaq və hissələrinin, alət və ləvazimatlarının təyinatını və onlardan istifadə qaydalarını;
• Sahədə əl, pnevmatik və elektrik alətləri ilə təhlükəli yerləri işləmə zamanı  mühafizə və qoruyucu vasitələrini;
• Ayaqaltı və körpücüklərin quraşdırılma qaydalarını, yüklərin qoşulma qaydasını, materialşunaslığa aid məlumatları;
• Cizgilərə və yığma sxemlərinə əsaəsn universal alətlər tətbiq etməklə mürəkkəb metalkonstruksiya qovşaqlarını qaynaq etmək və pərçiмləmək üçün yığmağı;
• Universal yığma və xüsusi alətlər və şablonlar tətbiq etməklə xüsusilə mürəkkəb metalkonstruksiya qovşaqlarının yığılmasını;
• Metalkonstruksiyalarin mürəkkəb baza detallarını və qovşaqlarını qurmaq üçün yerlərin nişanlanmasını;
• Mürəkkəb və xüsusilə mürəkkəb metalkonstruksiya detallarının və qovşaqlarının düzləndirilməsini;
• Pnevmatik cilalayıcı əl maşını ilə qaynaq yerlərini örtmək üçün təmizlənməsini;
• Daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında ekspermental və nadir metalkonstruksiya qovşaqlarının yığılmasını;
• Təzyiq altında işləyən mürəkkəb metalkonstruksiya qovşaqlarının hidravlik və pnevmatik sınanmasını və sinaqdan sonra aşkar edilən qüsurların aradan qaldırılmasını; 
• Eskizlərin və yığma sxemlərinin tərtib edilməsini;
• Metalkonstruksiya elementlərini müvəqqəti açmaqla onların müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılmasını, qaldırılmasını və qurulmasını;

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
• Mmüvafiq sertifikasiyaya arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli;

Əlavə məlumatlar: 

• Maaş: Razılaşma əsasında; 
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə; 
• E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256