VAKANSİYA

“Rabitabank” ASC işçi axtarır - VAKANSİYA
06 İYUN
1387

“Rabitabank” ASC işçi axtarır - VAKANSİYA

2018-06-06 16:42:00

“Rabitabank” ASC Hüquq departamenti Direktorunun Müavini vəzifəsinə işə qəbul elan edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Əsas vəzifə öhdəlikləri:

• Hüquqi yardım ilə bağlı ortaya çıxan bütün məsələlər üzrə bankın siyasətinin icrasının təmin edilməsi;
• Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, bankdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy verilməsini təmin edilməsi;
• Bankdaxili qaydaların hazırlanması üçün struktur vahidlərinə metodiki tövsiyyələr verilməsi, hazırlanmış sənədlərin hüquqi ekspertizasının keçirilməsi və qüvvədə olan qanunvericiliyə uyğun olmasını təmin edilməsi;
• Bankın bütün tərəfdaşları ilə bağlanılan əqdlərin (alqı-satqı, kredit, ipoteka, sonrakı ipoteka, girov, forvard, fyuçers müqavilələri, mahiyyətindən asılı olmayaraq digər müqavilələr və əqdlər) qanuniliyinə və bankın hüquqi nöqteyi-nəzərdən mənafelərinə cavab verməsini yoxlanılması və hüquqi rəyin verilməsi;
• Səhmdarların Ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyətinin qərarları, İdarə Heyəti Sədrinin əmr və sərəncamlarının hazırlanmasında müvafiq strukturlara yardım edilməsi, onların ekspertizasının edilməsi və rəy verilməsi;
• Hüquq-mühafizə, məhkəmə, vergi orqanları, tərəfdaşlar digər təşkilatlarla hüquqi müstəvidə ortaya çıxan məsələlərin həllində bankın adından çıxış edilməsi;.
• Bankın tərəfdaşları onun arasında danışıqlar yolu ilə həll olunmayan mübahisələrinin məhkəmə yolu ilə həll olunması üçün qanuvericiliyə müvafiq olaraq, lazımi sənədləşməni aparılması və bankın məhkəmələrdə təmsil edilməsi;
• Kredit və girov müqavilələrinin, müştəri xidməti üzrə müqavilələrin, bankın digər tərəfdaşları ilə bağlanılacaq əqdlərin qanunvericiliyə uyğun vahid formasını işləyib hazırlanması və struktur vahidlərinə verilməsi.

Namizədə olan tələblər:

• Ali hüquqi təhsil;
• Hüquq sahəsində azı 5 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində mükəmməl biliklər, İngilis dilini bilən şəxslərə üstünlük verilir;
• Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
• İdarəetmə qabiliyyətinə malik olmaq;
• Analitik düşüncə qabiliyyətinə malik olmaq.
• Qarşıya qoyulan tapşırıqların hüquqi həll yollarının tapılması bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Hüquq departamentinin Direktor müavini göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272