VAKANSİYA

"Bank of Baku" işçi axtarır -VAKANSİYA
26 MAY
2069

"Bank of Baku" işçi axtarır -VAKANSİYA

2018-05-26 10:00:00

"Bank of Baku" texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert vəzifəsinə işçi axtarır. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Vəzifənin təsviri

Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert bankın kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostika fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir.

Əsas vəzifə və öhdəliklər

o Kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
o İT infrastrukturunun qurulması, kompyuter və ofis texnikasının sazlanması
o Helpdesk proqramı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Bankın istifadəçilərinin texniki dəstəklənməsi

Seçim meyarları

o Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
o Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı 
o Windows XP, 7, 10 (Server 2012, 2016 arzu olunandır), Microsoft Office 2010, 2013, 2016 proqramları ilə dərindən işləmək bacarığı
o Yaradıcı və analitik düşüncə tərzi

İş şərtləri

o İş yeri: Əməliyyat Mərkəzi 
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform

CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267