VAKANSİYA

“Naxçıvanbank” işçi axtarır -VAKANSİYA
23 MAY
1190

“Naxçıvanbank” işçi axtarır -VAKANSİYA

2018-05-23 14:50:00

“Naxçıvanbank” ASC Bakı filialına kredit mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin stabil inkişaf tempinə malik banklarından olan “Naxçıvanbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Başlıca öhdəliklər

  • Bankın kredit məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışının həyata keçirilməsi;
  • Korporativ müştərilərin cəlb edilməsi;
  • Kredit təhlili üzrə məlumatların yığılması, bankdaxili qaydalara uyğun olaraq qiymətləndirilməsi və memorandumun yazılması;
  • Kredit ödənişlərinə nəzarət edilməsi;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqinin aparılması;
  • Kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə edilən digər vəzifələrin həyata keçirilməsi.

 

Namizədə qarşı tələblər

  • Ali iqtisadi təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
  • MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 08 iyun 2018-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256