VAKANSİYA

"Atəşgah Sığorta" işçi axtarır -VAKANSİYA
23 MAY
1576

"Atəşgah Sığorta" işçi axtarır -VAKANSİYA

2018-05-23 14:38:00

"Atəşgah Sığorta" Şirkəti Qəza komissarları şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. 

Namizədə tələblər

• Yaş: 23-35 
• Təhsil: Ali
• İş təcrübəsi: təcrübəsi olanlara üstünlük verilir. 
• İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.

• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik  göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
• Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : Cədvələ uyğun normallaşdırılmamış iş qrafiki

• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN

QEYD:

Xahiş olunur yalnız Bakı şəhəri üzrə Qara qarayev, Əhmədli , Neftçilər ərazilərində  yaşayan namizədlər müraciət etsinlər.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi ” qeyd etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260