VAKANSİYA

Veysəloğlu Şirkəti işçi axtarır -VAKANSİYA
23 MAY
2866

Veysəloğlu Şirkəti işçi axtarır -VAKANSİYA

2018-05-23 14:25:00

Veysəloğlu Şirkəti Satınalmaların təhlili, monitorinqi və idarəedilməsi üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır. 

Təcrübə müddəti: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar: 

Azərbaycan, rus və ingilis dillərində peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır
Satınalmalar sahəsində kvalifikasiyalarının olması (CIPS)

Kompyuter Bilikləri: MS Office, SAP Ariba, Atlas Systems

VƏZİFƏ FUNKSİYALARI:

Satınalma siyasətinin hazırlanması, tətbiqi və icrasının monitorinqi
İcmal satınalma planının tərtibi, Satınalma planına və büdcəsinə nəzarət, büdcədən kənarlaşmaları ilə iş
Tədarükçü seçilməsi prosesinin təşkili və ona nəzarət. İri seçim lahihələrində bilavasitə iştirak.
Tədarükçülərlə müqavilə bağlanılması prosesinin koordinasiyası
Vahid Tədarükçü reyestrinin aparılması və kontrolu (Master Data)
Satınalma qərarlarının təsdiq səlahiyyətləri cədvəlinin  qurulması, dövri olaraq yenilənməsi
Təchizatçıların keyfiyyət monitorinqininin aparılması, təchizatçı təsdiqi prosesinin aparılması
Tədarükçülərlə münasibət və təcrübə tarixçəsinin yaradılması və aparılması
Tədarük risklərinin araşdırılması və endirilməsinə dair məqsədyönlü tədbirlərin həyata keçirilməsi
Satınalma prosesinin keyfiyyəti standarlarının müəyyən edilməsi
Müəssisələrin etdiyi alışların təhlili, məkəzləşdirmə və səmərələşdirmə təkliflərinin hazırlanması
Tədarükçü portalının yaradılması və inzibatçılığı

İş qrafiki: 5 günlük
İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Satınalmaların təhlili üzrə aparıcı mütəxəssis" qeyd edilməsi xahiş olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253