VAKANSİYA

"Holcim Azerbaijan" işçi axtarır -VAKANSİYA
21 MAY
2609

"Holcim Azerbaijan" işçi axtarır -VAKANSİYA

2018-05-21 20:00:00

Holcim (Azərbaycan) Marketinq üzrə Analitik vəzifəsinə işçi axtarır. 

Şöbə: Marketinq

İş vaxtı: Tam iş vaxtı

Ümumi:

Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir və dünyanın ən böyük sement istehsalçısı olan LafargeHolcim Qrupuna daxildir.

Vəzifə öhdəlikləri:

Bu vəzifədə siz istehlakçılar, rəqiblər və bazarın vəziyyəti haqqında məlumatları araşdıracaq və toplayacaq, marketinq və satış trendini müşahidə edərək proqnozlar verəcəksiniz. Eyni zamanda, marketinq proqramlarının və strategiyalarının effektliyini ölçəcək, mürəkkəb məlumatları və tapıntıları rahat anlaşılan cədvəllər, qrafiklər və yazılı məruzələrə çevirərək nəticələri şirkətin xidmət və məhsullarını bazara çıxarmağa komək etmək üçün müştərilərə və rəhbərliyə məruzə edəcəksiniz.

 Büdcənin hazırlanması və kampaniyaların inkişaf planının qiymətləndirilməsi;illik büdcənin hazırlanmasına köməklik göstərmək.
 Xərclərin bedcəyə uyğunluğunu izləmək,hər bir kampaniyanin özünü doğrultma dərəcəsini qiymətləndirmək.
 İstehlakçılar, rəqiblər və bazar barədə məlumatlar toplamaq, bu məlumatları məruzələr, təqdimatlar və tətbiq oluna bilən formada cəmləşdirmək.
 Sorğu, səs vermə və araşdırmalar kimi məlumat toplama metodlarını hazırlamaq və qiymətləndirmək.
 Bütün satış və marketinq məlumatlarını izləmək və ətraflı yazılı məruzə və şifahi təqdimat hazırlamaq və rəhbərliyə məruzə etmək.
 Məhsulların satış xətlərini və qiymətlərini satış, xərclər və yeni biznes məlumatlarını analiz edərək izləmək.
 Satış və marketinq şöbələrini satış məlumatları, bazar trendi, proqnozlar, mühasibat analizləri və yeni məhsul məlumatları ilə mütəmadi təmin etmək.
 Marketinq kampaniyaları və strategiyalarını toplanmış məlumatlar və digər əks əlaqələrə əsasən tənzimləmək.
 Davamlı, tam inteqrasiya edilmiş marka təcrübəsi çatdırdığımızdan əmin olmaq üçün, müxtəlif funksional şöbələrlə əməkdaşlıq etmək və bütün platformalara məlumat vermək.
 Bütün funksional şöbələrin marketinq hədəfləri barədə məlumatlı olmaları üçün onlarla daim ünsiyyətdə olmaq.
 Həmkarlar ilə aktiv əməkdaşlıq etmək, şöbədə digər proseslərdə iştirak etmək, dəyişikliklər məsləhətlərlə nəticələrin keyfiyyətini yüksəltmək.

Tələb olunan keyfiyyətlər:

● Ən azı 3 illik iş təcrübəsi;
● Marketinq sahəsində minimum bakalavr dərəcəsi;
● Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
● Ənənəvi və yeni yaranan marketinq kanalları ilə sıx əlaqə;
● Güclü analitik və layihələrin idarə etmə qabiliyyəti;
● Büdcəni idarə etmə bacarığı və təcrübəsi;
● Özünə inam və dinamiklik;
● Çox güclü ünsiyyət və qərar qəbul etmə qabiliyyəti;
● Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
● Tikinti materialları ilə əlaqəli marketinq və satış təcrübəsi arzuolunandır.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Marketinq üzrə Analitik” yazmaqla, aze-hr- [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

CV-lərin son qəbul tarixi: 8 iyun 2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258