VAKANSİYA

"Akkord" işçi axtarır -VAKANSİYA
18 MAY
2464

"Akkord" işçi axtarır -VAKANSİYA

2018-05-18 20:30:00

"Akkord Industrial Company" Texnoloq (Metal tökmə üzrə) vəzifəsinə işçi axtarır. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili 
• Rus dili
• MS Office, Autocad 
• Minimum 1 il metal tökmə sahəsində əmək fəaliyyəti olmalı 
• Texniki ali təhsil (Sənaye, Maşınqayırma istehsalat arzu olunandır)
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:

 Mühəndis-texnoloq mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlamalı;
 Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
 Yeni sınaq və sənaye qurğularının layihələrinin işlənib hazırlanmasını, qeyri-standart avadanlıqların, obyektlərin yenidən qurulması üzrə,və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işlərin təşkil edilməli;
 Məhsulun, işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etməli;
 Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s. təşkil edilməsi;
 İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
 Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və   işçi layihələrinin müvafiq qaydada hazırlanmasına nəzarət edir.
 İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir. 
 Xammala qoyulan texniki tələbləri, texniki sənədlərin işlənməsinə və tərtib edilməsinə dair əsasnamələri, təlimatları və digər rəhbəredici sənədləri idarə etməli.
 İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması , zay məhsul buraxılmasının qarşısının alınması təmin edir;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Texnoloq (metal tökmə üzrə) yazmaqla Hr.steel@akkord.az elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267