VAKANSİYA

"METAK" işçi axtarır -VAKANSİYA
18 MAY
2316

"METAK" işçi axtarır -VAKANSİYA

2018-05-18 14:15:00

"METAK" Ofis Meneceri vəzifəsinə işçi axtarır. 

İşin təsviri:

• Daxil olan korrespondensiyanın qəbulu və qeydiyyatı;
• Kənar təşkilatlara göndərilən sənədləri tərtib etmək və hazırlamaq, cavab məktubları hazırlamaq və kuryer xidməti ilə göndərmək;
• Zəngləri qəbul etmək və onları yönləndirmək;
• Şirkət qonaqlarını qarşılamaq;
• Aviabiletlərin rezervasiyasını və alınmasını təmin etmək;
• Hava limanından xarici qonaqların qarşılamasını təşkil etmək;
• Qonaqların yerləşdirilməsini təşkil etmək (mehmanxanalarda nömrə sifarişi);
• İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək;
• Şirkətə aid bilgilərin, qeydiyyat sənədlərin və faylların məxfiliyini qorumaq;
• İşgüzar məktubları tərtib edilməsi bacarığı, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını bilmək.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
• MS Office proqramları üzrə biliklər;
• Yaş həddi: 22 – 33 yaş;
• Dəqiq və sürətli işləmək bacarığı.

Əlavə şərtlər:

• İş vaxtı: 5 gün, 09:00-18:00;
• Nahar şirkət tərəfindən verilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume.php?vid=107 ünvanına göndərərək, 17.06.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253