VAKANSİYA

Dövlət Neft Fondu işçi axtarır -VAKANSİYA
15 MAY
3182

Dövlət Neft Fondu işçi axtarır -VAKANSİYA

2018-05-15 20:30:00

Dövlət Neft Fondu Təhlükəsizlik departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin insident meneceri vəzifəsinə işçi axtarır. 

 Öhdəliklər: 

  • Mühafizə hədəflərinin təhlükəsizlik tələblərinə uyğun mütəmadi monitorinqi;
  • İnformasiya təhlükəsizliyi üzrə monitorinq mənbələrinin (“event logfiles”, “CMDB”, “Help/ServisDesk” və s. jurnallarının) tam, yararlı və mühafizəli olmasının monitorinqi və qiymətləndirilməsi;
  • İnformasiyanın mühafizəsi hədəfi olan aktivlərdə mütəmadi aparılan yeniləmələrin təhlükəsizlik tələbləri üzrə test sınaqlarının təmin edilməsi;
  • Risklər reyestrində nəzərə alınan insidentlərə əks-cavab sxemlərinin (monitorinq-aşkaretmə; xəbərvermə; bloklama; izləmə; ehtiyat varianta keçmə; qiymətləndirmə; sübut toplama-kibertəhqiqat; bərpaetmə;“antiböhran”) müəyyən edilməsi, aktual olması üçün davamlı təkmilləşdirilməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qruplarının (İTİCQ, “İSİRT, Information Security Incident Response Team”) formalaşdırılması (informasiyanın mühafizəsi hədəfi olan aktivlərin kateqoriyalarına uyğun tərkiblərdə) və fəaliyyətinin praktiki təşkili;
  • İnsidentləri və təhdid cəhdlərini, yeni/naməlum təhdid sxemlərini aşkaretmə, bunun üçün təhlükəsizlik skanlarının və nüfuzetmə testlərinin keçirilməsi;
  • Fəsadların ölçülməsi;
  • İnsidentə aid olan daxili İTİCQ-in seçilməsi, onun fəaliyyətinin menecmenti, İTİCQ vasitəsi ilə insidentlərə cavab verilməsi, bunun üçün müvafiq sxemlərin tətbiqi, dəstək üçün tərəfdaş İTİCQ-ə (və ya CERT-ə) müraciət edilməsi;
  • İnformasiya təhlükəsizliyi hadisələrinin statistikası və təhlili, insidentlərə aid tendensiyaların müəyyən edilməsi və proqnozlaşdırılması;
  • Risklər reyestrinə qalıq risklər barədə təklif verilməsi;
  • “Biliklər bazası” (ibrət dərsləri) və maarifləndirmə üçün bildiriş və tövsiyələrin hazırlanması.
 Tələblər:
 Təhsil: - İT üzrə ali təhsil diplomu
TƏCRÜBƏ
  • İnformasiya texnologiyaları və təhlükəsizliyi üzrə inzibatçı;
  • “Help/Servis Desk” mütəxəssisi;
 Ümumi peşəkar bacarıqlar:
  • ƏS, DBMS və şəbəkə üzrə müəyyən sertifikatlar (Cisco CCNA, LPI1, CompTIA Linux+, CompTIA Network+, CompTIA Security+, MCSA (Database Administration, SQL Server, Windows Server), Oracle Database SQL Expert);
  • İnformasiya texnologiyaları və təhlükəsizliyi alətlərini tətbiq edən / MCSA / CCNA və s. – əlavə üstünlükdür;
  • İnformasiya texnologiyaları üzrə xidmətlərin menecmenti üzrə təlim sertifikatı – əlavə üstünlükdür;
  • Java / C++ / analoji alqoritmik dil üzrə sertifikat – əlavə üstünlükdür;
  • İnformasiya təhlükəsizliyinin daxili auditi / CISM / CISA / CHFI və s. – əlavə üstünlükdür;
  • Layihə idarəetmə qabiliyəti;
  • Siyasət və prosedur yazma qabiliyəti;
  • Təqdimat / danışıq qabiliyəti;

Davranışla bağlı səriştələr:

  • Problem həlletmə;
  • Planlaşdırma və təşkilatçılıq;
  • Komanda yönümlü;
  • Ünsiyyət;
  • Nəticə yönümlü;
  • Yaradıcı;
  • Təşəbbüskar;
  • Şəxsiinkişafa meyilli;
  • Biznes etikasına əməl edən;
  • Təhlükəsizlik qaydalarına əməl edən;

Müraciət etmək üçün linkdəki ərizə formasını doldurmaq lazımdır: http://www.oilfund.az/az_AZ/karyera-imkanlari/vakansiya/elektron-anket-formasi.asp

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259