VAKANSİYA

"Kapital Bank" işçi axtarır -VAKANSİYA
14 MAY
1974

"Kapital Bank" işçi axtarır -VAKANSİYA

2018-05-14 20:30:00

Kapital Bank namizədləri Bank Məhsulları Departamentinin Korporativ Məhsullar Şöbəsinin KOS (SME) Məhsullarının İnkişafı üzrə Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Ümumi məlumat

Kiçik və Orta Sahibkarlıq (SME) seqmenti üçün məhsulların, xidmətlərin və biznes proseslərin inkişafı və idarə olunmasını həyata keçirir. Qeyd olunan məhsulların və xidmətlərin daimi inkişafını təmin etmək üçün bazar araşdırmasını həyata keçirir. Məhsulların rəqəmsallaşdırılmasında iştirak edir. KOS (SME) Satış komandası ilə qarşılıqlı əlaqələr yaradır.

Öhdəliklər

  • KOS (SME) məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daima yeniləmək;
  • Məhsulların filiallara təqdim edilməsi üçün təlim materiallarının, broşurların, təlimatların hazırlanılması;
  • Müştərilərin sahibkarlıq fəaliyyəti üzrə innovativ servislərin yaradılması;
  • Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini  təmin etmək məqsədilə KOS (SME) satış komandası və filiallarla daimi əlaqədə olmaq;
  • Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
  • KOS (SME) məhsulları sahəsində biliklərinin daimi inkişafına çalışmaq.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil;
  • Yüksək ünsiyyətqurma bacarıqları;
  • Yüksək analitik düşünmə və riyazi təhlil qabiliyyəti;
  • KOS (SME) məhsulların və xidmətlərin yaradılmasında ən azı 2 illik iş təcrübəsi;
  • KOS (SME) məhsullarının satışı üzrə iş təcrübəsi arzuolunandır;
  • Maliyyə uçotu və vergi qanunvericiliyi üzrə biliklər olması arzuolunandır;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi.

CV göndərmək üçün link: http://bit.ly/2rxwkz2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260