VAKANSİYA

Veysəloğlu Şirkəti işçi axtarır -VAKANSİYA
14 MAY
1881

Veysəloğlu Şirkəti işçi axtarır -VAKANSİYA

2018-05-14 14:35:00

Veysəloğlu Şirkəti Baş Hüquqşunas vəzifəsinə  işçi axtarır. 

Təcrübə müddəti: Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi

Təhsil: Ali hüquqi təhsil

Dil bilikləri Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı

VƏZİFƏ FUNKSİYALARI:

 Azərbaycan Respublikasının qanunlarını, mülki, mülkü prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli
 Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək, hüquqi işlərə metodiki rəhbərlik etmək, struktur bölmələrə hüquqi yardım göstərmək, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək
 Hazırlanan hüquqi sənədlərin layihələrini təsdiqləmək
 Qanunvericiliyin tələblərinə əsasən şirkətdə hüquqi prosedurların həyata keçirilməsini təşkil etmək
 Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində tələb olunan maliyyə vəsaitinin ayrılması üçün lazımi tədbirlər görülməsini təmin etmək
 Hüquqi prosesləri izləmək və bu proseslər barədə şirkət daxilində əlaqədar şəxslərə və ya instansiyalara məlumat  vermək
 Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə müəyyən edilmiş qaydada hesabat tərtib edib Direktora təqdim etmək
 Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində təkliflər təqdim etmək, qəbul edilən qərarların icrasını təmin etmək

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Baş Hüquqşunas" qeyd edilməsi xahiş olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256