VAKANSİYA

“Bank Respublika” işçi axtarır -VAKANSİYA
11 MAY
1266

“Bank Respublika” işçi axtarır -VAKANSİYA

2018-05-11 14:14:00

“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi departamentinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Mövcud “Firewall”-ların administrasiyası;
• IPS sistemlərinin administrasiyası;
• 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi;
• E-mail təhlükəsizliyi sisteminin administrasiyası;
• Şəbəkə və “Application” üzrə monitorinq sistemlərinin administrasiyası;
• VPN rabitəsinin qurulması;
• İnformasiya təhlükəsizliyinin texniki sahəsi üzrə digər işlərin görülməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi; 
• Dil bilikləri: Azərbaycan və rus dilləri sərbəst, ingilis dili arzuolunandır;
• Veb təhlükəsizlik (Web Application Firewall), AAA, RADIUS, TACACS+, Yeni nəsil “Firewall”-lar (NGFW), Antivirus, Anti-Malware sistemləri, Müdaxilələrin qarşısının alınması sistemləri (IPS),   2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi, E-mail təhlükəsizliyi sistemləri, Monitorinq sistemləri,   VPN texnologiyaları üzrə bilik və səriştələr;
• İnformasiya təhlükəsizliyi üzrə standartlar haqqında biliklər (ISO/IEG 27001, NIST, PCI-DSS).

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 may 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi departamentinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254