VAKANSİYA

“Kaspi” müəllimlərin qəbuluna başlayıb -VAKANSİYA
08 MAY
5329

“Kaspi” müəllimlərin qəbuluna başlayıb -VAKANSİYA

2018-05-08 20:30:00

“Kaspi” təhsil şirkəti 2018-2019-cu tədris ili üçün azərbaycan və rus bölmələri üzrə “Kaspi” liseylərinə, uşaq bağçalarına və hazırlıq mərkəzlərinə müəllimlərin işə qəbulunu elan edir.

Minimum vakansiya tələbləri:

• Müvafiq sahə üzrə minimum bakalavriat dərəcəsi;
• Sahə üzrə ən azı 2 illik pedaqoji təcrübə;
• Kaspi Abituriyent kursları üçün ən azı 2 illik repetitorluq təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komandada işləmək bacarığı;
• Yüksək çalışmaq və öyrətmək həvəsi;
• Sinfin idarə edilməsi bacarığı;
• Müxtəlif yaş qrupuna aid şagirdlərlə işləmək qabiliyyəti;
• Valideynlərlə qarşılıqlı işləmək bacarığı;
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;
• Bağça və Məktəbəqədər hazırlıq kursları üçün məktəbəqədər təhsil üzrə metodiki biliklər.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

• Rəqabətə davamlı əmək haqqı;
• Nahar (“Kaspi” liseylərində və “Kaspi” uşaq bağçalarında);
• Fərdi inkişaf imkanları; 
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş şərtləri:

İş saatları:  
“Kaspi” liseylərində: I-V günlər, 8:30-17:00 və ya saat hesabı;
“Kaspi” uşaq bağçalarında: I-V günlər, 8:00-17:00 və ya 9:00-18:00;
Kaspi Kids (Məktəbəqədər hazırlıq) kurslarında: I-V günlər, qrupların sayından asılı olaraq;
Kaspi Abituriyent kurslarında: Dərs cədvəllərindən asılı olaraq saat hesabı.

İş yeri:  Bakı, Sumqayıt və Gəncə şəhərləri

Elan tarixi: 08.05.2018

Son müraciət tarixi: 20.05.2018

• Maraqlananlar www.kaspi.edu.az/az/vacancies veb səhifəsində İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. 
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253