VAKANSİYA

"Kontakt Home" işçi axtarır -VAKANSİYA
08 MAY
2560

"Kontakt Home" işçi axtarır -VAKANSİYA

2018-05-08 20:00:00

"Kontakt Home" korporativ müştərilərlə iş üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. 

Zəruri tələblər:

• Ali təhsilli
• Azərbaycan və Rus dillərini səlis bilməli, ingilis dili bilməsi arzu olunandır
• 1C proqramını bilməli
• Korporativ müştərilərlə iş təcrübəsi

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq, müştərilərlə nəzakətli danışmaq bacarığı
• Kollektivdə komanda ilə işləmə bacarığı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Emosiyalarını idarə edə bilməli
• Stresə davamlı olmalı

Vəzifələr:

• Topdan satış və daimi korporativ müştərilərlə iş
• Sifarişlərin qəbulu və yerinə yetirilməsi
• Məhsulun çatdırılmasına nəzarət
• Məhsulun təqdimatını və satışını həyata keçirmək
• Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək

İş şəraiti:

- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 09:00-dan 18:00-dək, şənbə və bazar- istirahət günləridir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ müştərilərlə iş üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259