VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA
06 MAY
1962

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA

2018-05-06 13:00:00

Sumqayıt Texnologiyalar Parkı keyfiyyətə nəzarət üzrə mühəndis (Kabel zavodu üzrə) vəzifəsinə işçi axtarır. 

Vəzifə öhdəlikləri:

• Müəssisə tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsi;
• Keyfiyyətsiz məhsul istehsalının qarşısını almaq;
• Müəssisənin istehsalla bağlı ayrı-ayrı struktur bölmələrinin məhsul istehsalı üzrə məsuliyyətinin və nizam-intizamın möhkəmlənməsi;
• Normativ sənədlərin və müştərilərin tələblərinə cavab vermək üçün istehsal sahələri tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət üçün işin təşkili;
• Keyfiyyətin artırılması,bu işin elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olmasının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
• Məhsulun keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsində iştirak etmək;
• Məhsulların yoxlanılması, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında labarator rəyi əsas tutmaqla:
- müəssisəyə daxil olan xammal və mal-materialların istehsalata buraxılması (buraxılmaması) haqqında rəy vermək.
- son məhsulun istehsal sahələrindən hazır məhsul anbarlarına qəbul olunması haqqında rəy vermək.
• Müəssisəyə daxil olan xammal və materialların, eləcə də istehsal olunan məhsulların keyfiyyəti üzrə təhvil alma nəzarət aktların labaratoriya ilə birlikdə tərtib edilməsi;
• İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarətinin keçirilməsi;
• Ayrı-ayrı texnoloji əməliyyatların, texnoloji avadanlıqlarının və alətinin keyfiyyəti üzrə nümunəli təftiş nəzarətin həyata keçirilməsi;
• Nomenklaturanın ölçülən parametrlərin və optimal sərrastlıq ölçülər normasının müəyyənləşdirilməsi;
• Son məhsulun saxlanma şəraitinin keyfiyyətinə, son məhsulla bağlı proseslərin komplektliyinə nəzarət;
• Nəzarət əməliyyatların nəticələrinin təhlili, məhsulun keyfiyyət əmsalların hesablanmasının aparılması, məhsulun keyfiyyəti üzrə dövrü və vaxtaşırı hesabatların tərtibi;
• Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
• Yerinə yetirilən işlərin və istehsal olunan məhsulların keyfiyyətin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanmasında iştirak etmək;
• Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini  nəzarət altında saxlamaq;
• Laboratoriya ilə birlikdə texnoloji reqlamentlərin və təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
• Uyğunsuzluğun təhlilində iştirak etmək;
• Müştəri şikayətlərinin aidiyyatı üzrə araşdırılmasında iştirak etmək.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, Rus və ingilis dillərini sənədləşmə səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

Bilməlidir:

• Texnoloji avadanlığın konstruksiyasını, məhsulların istehsal texnologiyasını;
• Zavod üzrə texnoloji prosesləri və istehsal rejimlərini;                                                       
• İstehsalatda qüvvədə olan normaları, AZS, TŞ AZ, ГОСТ, Beynəlxalq və Avropa standartlarının tələblərini, xammal və materialların sərf normalarını; 
• İSO  9001 ( Keyfiyyət  idarəetmə  sistemi ) ,  OHSAS  18001  ( Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), İSO 14001 (Ətraf  mühitin təhlükəsizliyinin  idarəetmə sistemi) Beynalxalq standartları barədə ümumi məlumat , o cümlədən müəssisənin siyasət və məqsədlərini;                                                                    
• Ətraf  mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini; 
• Ətraf  mühitin  qorunması və təhlükəsizlik texnikası üzrə normativ tələblərini;   
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini;                                                      
• Fəaliyyətlə bağlı risklərini və onların  idarə  edilməsi üzrə tədbirlərini;   
• İş yerində ətraf mühitin qorunmasının səmərəliliyiyinin  yüksəldilməsi üzrə metodlarını;
• Texniki sənədləri hazırlamaq və tərtib etmək üçün direktiv materialları;
• Analoji  məhsulların istehsalında yerli və xarici  müəssisələrin  qabaqcıl  təcrübəsini; 
• Əməyin  mühafizəsi ,texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyasının qaydalarını, müəssisənin daxili nizam qaydalarını;
• Cəmiyyətin  və  Müəssisənin  daxili  intizam  qaydalarını  bilməli , onlara riayət  etməlidir.                      
• Hüquq  və  vəzifələrini  mükəmməl  bilməlidir.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında; 
• Müəssisə tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə  təmin edilmə; 
• E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249