VAKANSİYA

"Kapital Bank" işçi axtarır -VAKANSİYA
04 MAY
1871

"Kapital Bank" işçi axtarır -VAKANSİYA

2018-05-04 13:59:00

Kapital Bank namizədləri Yeni açılacaq Hava Limanı şöbəsi üçün Əməliyyatçı-Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Müştərilərə xidmət
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
• Ödəniş kartları üzrə əməliyyatların aparılması
• Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq
• Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Tələblər

• Ali təhsil
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
• Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı 
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı 
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

CV-lərinizi, mövzu hissəsində “Hava Limanı şöbəsi üçün Əməliyyatçı-Kassir” qeyd etməklə [email protected]  e-mail ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259