VAKANSİYA

“AzerGold” işçi axtarır -VAKANSİYA
03 MAY
1836

“AzerGold” işçi axtarır -VAKANSİYA

2018-05-03 14:54:00

“AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsinə geoloq axtarır. 

İş yeri: Daşkəsən rayonu

Əsas vəzifə və öhdəliklər:

• Məxsusi geoloji kəşfiyyat işlərinin, geofiziki işlərin həyata keçirilməsi zamanı, həmçinin mədən, partlayış, daşınma işlərində peşəkar səviyyədə iştirak etmək;
• Bloklar üzrə ehtiyatların ən azı 2 variantda manual və proqramlarla (Gemcom və ya Surpac proqramlarında) hesablanması və filiz poliqonlarının yaradılması;
• Mədən rəhbərinin tapşırığına əsasən İstehsal planının və istismar prosesinin hazırlanmasında iştirak etmək;
• Mədəndə filizli poliqonların partladılmasına, tullantının filizə qarışmamasına dair nəzarət mexanizmləri ilə işləmək bacarığı;
• Gündəlik, həftəlik və aylıq hesabatların mədən işləri üzrə baş geoloqa təqdim olunması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Çöl şəraitində işləmə qabiliyyəti;
• GemCom, Surpac, Autocad, Microsoft Office kompyuter bilikləri yüksək səviyyədə olmalı;
• Sorğulara və sifarişlərə əsasən, həmçinin müqavilələrlə işləmə qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və yüksək riyazi biliklər, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geologiya, Dağ-mədən yönümlü ixtisaslar üzrə ali təhsil;
• Məxsusi geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsində (sınaqlaşdırma və dağ qazmalarında iş bacarığı) və mədən işlərində ən azı 5 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Geoloq" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254