VAKANSİYA

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA
01 MAY
1942

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA

2018-05-01 20:30:00
 “PAŞA Həyat” sığorta şirkəti  daxili kommunikasiya üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır.
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  10 may 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Daxili kommunikasiya və Korporativ Ünsiyyət Strategiyasının siyasətini işləyib hazırlamaq və icra etmək;
2. Cəmiyyətin Strategiyasının icrasını dəstəkləmək;
3. Cəmiyyət üçün strateji ünsiyyət planını hazırlamaq və müəyyən edilmiş vaxt çərçivəsində planı icra etmək;
4. Daxili kommunikasiya layihələrinin hazırlanmasını, büdcələnməsini, layihənin effektivliyinin analiz edilməsini və arxivləşdirilməsini həyata keçirmək;
5. Korporativ kommunikasiya vasitəsilə əməkdaşlara məlumatların təqdim edilməsinin alət, mexanizm və kanalların yaradılması üzrə işləri icra etmək;
6. İnkişaf, təşkilatçılıq, strategiya daxil olmaqla ünsiyyətin bütün aspektlərində təşkilati kommunikasiyanı təmin etmək üsüllarının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
7. Təşəbbüsləri və layihələri işçilərə və maraqlı tərəflərə uğurla çatdırılmasını təmin etmək;
8. Ünsiyyətin keyfiyyətini artırmaq üçün müntəzəm təlimlər həyata keçirmək;
9. İnformativ xarakterli korporativ iclas və tədbirləri təşkil etmək;
10. Korporativ strategiyanın tətbiqinin intranet portal  vasitəsilə icrasına nəzarət etmək;
11. Kommunikasiya planına əsasən hesabat hazır edib, təqdim etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur;
Dil bilikləri : Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “Daxili kommunikasiya” mövzusu ilə [email protected] ünvanına göndərilməlidir. 
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276