VAKANSİYA

“Metak” işçi axtarır – VAKANSİYA
30 APREL
1527

“Metak” işçi axtarır – VAKANSİYA

2018-04-30 21:00:00
“Metak” təsərrüfat şöbəsinin Rəisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Şirkətin təsərrüfat xidmətinin lazımi vəziyyətini, eləcə də işıqlandırma sistemlərinin, ventilyasiyanın saz vəziyyətdə olmasını təşkil etmək.
• Binanın təmirini təşkil etmək, təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək. 
• Şirkətin bölmələrini mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin etmək, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət etmək. 
• İşçiləri təsərrüfatda işlədilən əşya və inventarlarla təmin etmək.
• Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət etmək.
• Şirkətin  sanitar qaydalara uyğun səliqəli və təmiz saxlanılmasını təmin etmək.
• Şirkətə lazım olan təsərrüfat mallarının sifarişini hazırlamaq və təşkil etmək.
• Təsərrüfat və digər malların qalığına daima nəzarət etmək.
• Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək.
Tələblər:
• Yaş həddi – 32-45.
• Ali təhsil.
• Təssərüfat şöbəsinin rəisi vəzifəsində təcrübə (1 il və daha çox)
• İş avadanlığının istismar qaydalarını, əməyin təşkilinin əsaslarını bilmək.
• MS office proqramlarını bilməli 
• Dil bilikləri (Azərbaycan dili, Rus dili) 
• Ə/h – 800 azn
• İş vaxtı: həftənin 6 günü, saat 08:00 - 17:00, bazar günü – istirahət
Nahar şirkət tərəfindən verilir.
Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan
Maraqlananlar saytda onlayn-anketi dolduraraq 30.05.2018–ci il tarixinə kimi müraciət edə bilərlər: https://www.metak.az/resume.php?vid=108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277