VAKANSİYA

“BTB Bank” işçi axtarır – VAKANSİYA
26 APREL
1302

“BTB Bank” işçi axtarır – VAKANSİYA

2018-04-26 22:00:00
“BTB Bank” Kiçik və orta biznes kreditləri üzrə Aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.   
 İş barədə məlumat:
  • Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək vəbankı müştəri qarşısında təmsil etmək;
  • Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirilmək;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
  • Kiçik, orta, iri və korporativ kreditlər sahəsində ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
  • Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Namizədə tələblər:
  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Problemləri həll etmə bacarıqları;
  • Satış bacarıqları;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
Qeydlər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15 May, 2018-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləriüzrə Aparıcı mütəxəssis)  göstərməyiniz xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276