VAKANSİYA

“PASHA Sığorta” işçi axtarır – VAKANSİYA
26 APREL
1903

“PASHA Sığorta” işçi axtarır – VAKANSİYA

2018-04-26 21:00:00
PASHA Sığorta şirkəti Layihələrin idarə olunması üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Əsas öhdəliklər:
• Şirkət daxili layihələrin və təşəbbüslərin həyata keçirilməsində dəstək olmaq;
• Layihələrin idarəolunması ilə bağlı proqram təminatının şirkət daxilində tətbiq olunmasında dəstək olmaq;
• Bütün daxili layihələr üzrə sənədləşmənin qeydiyyatının aparılması və arxivləşdirilməsini təmin etmək;
• Şirkət daxilində icra olunan layihələr üzrə aylıq statusların əldə olunması və rəhbərlik heyətinə bu barədə məlumatın göndərilməsi;
Tələb olunan göstəricilər və bacarıqlar:
• İqtisadiyyat və ya İdarəetmə istiqaməti üzrə bakalavr və ya magistr təhsili olan namizədlər;
• Strategiya, layihələrin idarə olunması və ya maliyyə istiqamətində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
• Sığorta bazarı üzrə ümumi anlayış;
• Azərbaycan, inqlis və rus dillərində səlis danışıq;
• Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi (əsasən EXCEL və Microsoft Project) üzrə biliklərin yüksək səviyyədə olması;
• Kommunikasiya və təqdimat bacarıqları.
Son müraciət tarixi: 15 May, 2018-ci il
Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi [email protected]  elektron ünvanına göndərin.
PAŞA Sığorta şirkətində karyera imkanları ilə maraqlandığınız üçün təşəkkürlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276