VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
25 APREL
1407

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2018-04-25 21:00:00
“Bank BTB” ASC Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı)
İş barədə məlumat:
• Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir; 
• Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır; 
• İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
• Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir; 
• Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır; 
• Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- 2 il iş təcrübəsi;
- Ünsiyyət qurma bacarığı;
- Təqdimetmə və satış bacarığı;
- Monitorinq və nəzarət etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15 May, 2018-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı) göstərməyiniz xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259