VAKANSİYA

“Expressbank” işçi axtarır – VAKANSİYA
20 APREL
1866

“Expressbank” işçi axtarır – VAKANSİYA

2018-04-20 22:00:00
“Expressbank”  Biznesin İnkişafı departamenti / Marketinq şöbəsi / aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.
Tələblər:
  • Ali iqtisadi təhsil
  • Analoji sahədə iş təcrübəsi
  • Analitik və sistemli düşüncə qabiliyyəti
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi üzrə texniki və metodoloji biliklər
  • İşgüzar əlaqələrin və aktiv münasibətlərin aparılması
  • Bank məhsul və xidmətləri ilə yaxından tanışlıq
  • Təşəbbüskarlıq və yeni təkliflərin verilməsi
  • Komandada işləmək bacarığı
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı
  • Bank sahəsində işləyən namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
  • İnformasiya və xidmət kanalları ilə iş – Digital kanallar (sosial şəbəkələr, online xidmətlər və s.) və fiziki xidmət kanalları (filial, CallCentre və s.) vasitəsilə müştəri ehtiyaclarının öyrənilməsi.
  • Ön ofis işçiləri və filial menecerləri ilə müştəri münasibətləri sahəsində aktiv əməkdaşlıq. Qarşılıqlı məlumat mübadiləsinin aparılması, intervyuların keçirilməsi, proseslərin izlənilməsi və s.
  • Müştərilərlə və xidmət sahəsinə aid olan digər struktur bölmələrlə iş. Qarşılıqlı əlaqənin yaradılması, məlumat mübadiləsinin aparılması, marketinq tədbirlərinin koordinasiyası.
  • Xüsusilə reklam şöbəsi ilə sıx əməkdaşlıq. Reklam kanallarının və kampaniyaların marketinq tədqiqində vəreklam təşəbbüslərinin müştərilərə daha düzgün çatdırılmasında aktiv iştirak.
  • Bazar mühitinin öyrənilməsi, rəqiblər üzrə məhsul və xidmətlərin yerində tədqiq edilməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi, bunun üçün sorğuların aparılması və bu kimi digər tədbirlər.
Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276