VAKANSİYA

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA
20 APREL
2008

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA

2018-04-20 20:30:00
“PAŞA Həyat”  Məlumat bazası və dəstək şöbəsinin kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  24 aprel 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Biznes qurumlardan alınmış tələblərin analitik təhlili (tələbin sistemləşdirilməsi, strukturlaşdırılması, optimal həllin tapılması) və texniki tapşırığın hazırlanması;
2. Texniki tapşırığın kiçik tapşırıqlara bölünməsi və müvafiq İT icraçılara təhkim edilməsi;
3. Tələbin icrasının planlaşdırılması və prioritetlərin müəyyən olunması;
4. Tələbin təhvil təslimində prosesində iştirak.
Namizədə olan tələblər:
İş təcrübəsi : İnformasiya texnologiyaları sahəsində(proqramlaşdırma) analitik kimi ən azı bir il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali təhsil- iqtisadi və ya riyazi ixtisaslar üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr dərəcəsi arzu olunandır;
Dil bilikləri : Rus və ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : Kompüter proqramları və Microsoft Office(Word, PowerPoint, MS Project, Excel) proqramları ilə sərbəst işləmək bacarığı;
Üstünlüklər :
Sığorta şirkətində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, riyazi bacarıqlar, məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək, proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “İT analitik” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256