VAKANSİYA

“Akkord” işçi axtarır – VAKANSİYA
19 APREL
3212

“Akkord” işçi axtarır – VAKANSİYA

2018-04-19 21:30:00
Akkord Industrial Company Layihə koordinatoru (Fasad sistemləri üzrə) vəzifəsinə işçi axtarır.
Namizədə dair tələblər:
- Sərbəst Azərbaycan dili 
- İngilis dili (arzu olunandır)
- Rus dili
- MS Office, Autocad
- Minimum 1 il Fasad sistemləri istehsalı və montajı sahəsində əmək fəaliyyəti olmalı 
- Texniki ali təhsil (İnşaat və Memarlıq arzu olunandır)
- Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Komandada işləmək bacarığına sahib olmalıdır;
- Fasad sistemləri istehsalı texnologiyasını, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunandır.
Vəzifələr:
- Layihənin istehsal olunaraq tam şəkildə quraşdırılıb təhvil verilməsinə rəhbərlik edir və məsuliyyət daşımalı.
- Müəssisə ilə Sifarişçi arasında bağlanmış  Müqavilə, müqavilənin əlavələri və müqavilənin qaydalarının tam şəkildə yerinə yetirilməsini təmin edir:
- Layihənin strukturunu, iş qrafikini, keyfiyyətə nəzarət sxemini hazırlanmasını təşkil edir və icrasını təmin etməli.
- Sifarişçi ilə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasını, eskiz, texniki və işçi layihələrinin müvafiq qaydada hazırlanması, təklif verilməsini və çatışmamazlıqların müzakirəsini rəhbərliklə razılaşdırılmasını təmin etməli.
- Sifarişçinin tələb etdiyi bütün sənəd (təsis sənədləri, lisenziya, müqavilələr və s.), sertifikat və hesabatların vaxtında və keyfiyyətli göndərilməsini təmin etməli.
- Subpodratçı şirkətlər Layihənin icrasını yerinə yetirdikləri zaman onların araşdırılması, onlarla müqavilələrin hazırlanması və onların işlərinə nəzarətin edilməsini təmin etməli.
- Layihəyə uyğun olaraq Fasad sistemlərinin quraşdırılmasını, sifarişçilərlə birlikdə Layihə üzrə texniki tapşırıqların yerinə yetirilməsini təşkil etməli.
- Layihənin maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli yönləndirilməsini təşkil etməli və məsuliyyət daşımalı.
- Layihənin bütün maddi-texniki təchizatının vaxtında və keyfiyyətlə aparılmasına rəhbərlik  etməli və məsuliyyət daşımalı.
- Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etməli.
- Gündəlik, aylıq və illik hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etməli
- Montaj işləri zamanı topoqraf işlərinin görülməsi, ölçülərin yoxlanılması təşkil etməli:
- Görülmüş işlər haqqında qarşılıqlı aktların hazırlanmasını təmin etməli
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Layihə koordinatoru (Fasad sistemləri üzrə) yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259