VAKANSİYA

Kapital Bank işçi axtarır –VAKANSİYA
14 APREL
3249

Kapital Bank işçi axtarır –VAKANSİYA

2018-04-14 22:00:00
Kapital Bank namizədləri  Bakı  filialları üzrə Əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Müştərilərə xidmət
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
• Ödəniş kartları üzrə əməliyyatların aparılması
• Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq
• Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.
Tələblər
• Ali təhsil
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı 
• İngilis dili biliyi arzuolunandır
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı 
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Əməliyyatçı-kassir” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270