VAKANSİYA

“SYNERGY GROUP” işçi axtarır – VAKANSİYA
13 APREL
3186

“SYNERGY GROUP” işçi axtarır – VAKANSİYA

2018-04-13 22:00:00
  “SYNERGY GROUP” hüquq meneceri vəzifəsinə işçi axtarır.
İş yeri: BAŞ OFİS
Əsas vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və təsdiq etdiyi daxili təlimatları öz işində rəhbər tutmaq;
• Tabeçiliyində olan əməkdaşlara ümumi rəhbərliyi həyata keçirmək, işlərini əlaqələndirmək, fəaliyyətlərinə nəzarət etmək və səmərəli şəkildə təşkil olunmasına görə birbaşa məsulliyyət daşımaq;
• Hüquqi rəylərin hazırlanması;
• Qanunvericiliydə dəyişiklikləri daim izləmək və bu barədə rəhbərliyə məıumat vermək; 
• Hüquqi sənədlərin (o cümlədən müqavilələr və bütün daxili sənədlərin - qərarlar, prosedurlar, qaydalar, əmrlər və  sair)tərtib edilməsi;
• Qarşı tərəfin təqdim etdiyi müqavilələrin  onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq
• Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketini hazırlamaq və icra etmək
• Hüquqi şəxşlərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək
• Bütün dövlət qurumlarında nümayəndə qismində çıxış etmək;
• Şirkətin maraqlarının məkhəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
• Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
• Şirkətlər Qrupunun daxil olan bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin etməli 
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
Namizədə olan tələblər:
• Ali hüquqi təhsil;
• Hüquq sahəsində (o cümlədən məhkəmə, dövlət qurumları ilə) minimum 3 illik iş təcrübəsi;
• Məhkəmə və icra işləri üzrə professional təcrübəs;
• Azərbaycan Respublikasının qanunlarını, o cümlədən və bununla məhdudlaşmayaraq, mülki, mülkü prosessual, cinayət və cinayət prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
• Rus və ingilis dilini bilənlərə üstünlük veriləcək;
• Ofis proqramları (Word, Excel, Internet) sahəsində bilikıərə malik olmalıdır;
• Yaş həddi 25-45;
• Microsoft Office (Excel, Word) bacarıqların üstün səviyyədə olması;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti; 
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256