VAKANSİYA

Prospect ERP işçi axtarır – VAKANSİYA
13 APREL
1543

Prospect ERP işçi axtarır – VAKANSİYA

2018-04-13 20:30:00
Azərbaycanın İT bazarında 15 ildir ciddi mövqeyə sahib olan Prospect ERP  hər bir əməkdaşın dəyərini bilən və sadiq əməkdaşlar axtaran bir şirkət kimi işinə sevgi ilə yanaşan və şirkətə öz töhvəsini verməyə hazır olanCopywriter axtarışındadır.
Copywriter  
Öhdəliklər:
  • Korporativ sayt üçün kontentlərin yazılması;
  • Şirkət və məhsullar haqqında məlumatların hazırlanması;
  • Müştəri yönümlü mətnlər və çağırış, çıxış nitqlərinin yazılması;
  • Video və audio reklam üçün ssenarilər və skriptlər yazmaq;
  • Reklam bannerləri, video reklamlar, sayt və sosial kanallar daxil olmaqla, reklam hazırlamaq üçün yaradıcı komanda ilə işləmək;
  • PR  və SEO məqalələrin, press-relizlərin yazılması;
  • Media ilə əlaqələrin yaradılması;
  • Tərcümə işləri, rus, ingilis dilindən azərbaycan dilinə mətnlərin uyğunlaşdırılması;
  • Mövcud mətnlərin redaktə edilməsi;
  • Şüarların, adların, yaradıcı konsepsiyaların, reklam üçün yazı skriptlərinin yaradılması;
  • Görülmüş işlərin nəticələrini analiz etmək və növbəti addımlar üçün qərarlar qəbul etmək.
Tələblər:
  • Ali təhsil və müvafiq sahədə ən az 2 il iş təcrübəsi;
  • Yaş həddi: 23-30;
  • Azərbaycan, rus və ingilis dilləri üzrə mükəmməl danışmaq və yazmaq bacarığı;
  • Rus və ya ingilis dillərindən azərbaycan dilinə maraqlı və müxtəlif, keyfiyyətcə və tezliklə mətnləri uyğunlaşdırmaq qabiliyyəti;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • MS Office, Power Point, Excel proqramlarından yüksək istifadə bacarığı;
  • Komanda ilə işləmək xüsusən dizayner və digital menecerlə  birgə işləmək, onları anlamaq bacarığı;
  • Sahə və internet araşdırmalarının əsaslarını bilmək;
  • Texniki bilik və avtomatlaşdırma sistemləri üzrə təcrübə;
İş şəraiti:
  • 6 günlük iş qrafiki, şənbə - qısa iş günü;
  • İstirahət günü: bazar;
  • Nahar şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə müvafiq vakansiya adını yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259