VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
11 APREL
1414

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

2018-04-11 22:30:00

Sumqayıt Texnologiyalar Parkı  Borcların yığımı üzrə kollektor vəzifəsinə işçi axtarır. 

Vəzifə öhdəlikləri:

• Müəssisəyə olan borcun yığılması istiqamətində zənglərin həyata keçirilməsi;
• Borc ödənişlərinin vaxtında təşviq edilməsi üçün tədbirlərin görülməsi;
• Borcla və yığım prosesi ilə bağlı müxtəlif hesabatların hazırlanması (toplama fəaliyyəti/debitor borclar) və aidiyyatı üzrə təqdim edilməsi;
• Problemli borclar üzrə yığım prosesinin davamlığının təmin edilməsi; 
• Müştəri hesablarının effektiv təhlilini təmin etmək;
• Müəyyən edilmiş hesablar üçün gecikmələrin azaldılması üçün məsuliyyət daşımaq;
• Müştərilər ilə işguzar əlaqələrin qurulması və saxlanılması;
• Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa rəhbər tərəfindən verilən şifahi, yazılı göstərişləri və mövcud şirkətdaxili qaydaları icra etmək;

Təhsil/Təcrübə:

• Ali iqtisadi təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi (İstehsalat üzrə təcrübəsi arzuolunandır);
• Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
• Xarici dillər: Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq arzuolunandır;
• Microsoft Office və 1C proqramlarını istifadəçi səviyyəsində bilmək arzuolunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• E-mail: [email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280