VAKANSİYA

Kapital Bank işçi axtarır – VAKANSİYA
10 APREL
2286

Kapital Bank işçi axtarır – VAKANSİYA

2018-04-10 22:30:00
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
Tələblər
• Ali iqtisadi təhsil;
• İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır;
• Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrrübəsinin olması arzuolunandır;
• Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
• Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
• Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
• Yüksək səviyyədə MS Excel və MS Word biliyi.
CV-lərinizi, mövzu hissəsində “Satınalma üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256