VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
08 APREL
2643

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2018-04-08 22:00:00
Maliyyə Bazarlarına Nəzarət Palatası Bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinə inspektor vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
  • Tam ali təhsil (Maliyyə, iqtisadiyyat)
  • Daxili audit və analoji sahə üzrə 3 il iş iş təcrübəsi (Plastik kartlar sahəsində biliklərə malik olma arzuolunandır)
  • CİA, FRM, ACCA, AML/CFT - üzrə müxtəlif sertifikatlar (Bu sertifikatların olması məcburi deyil, arzuolunandır)
  • Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bilikləri.;
  • MS Office proqram paketlərindən sərbəst şəkildə istifadə;
  • Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik və gərgin iş rejimində işləmək bacarığı, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
  • Kredit təşkilatlarında həyata keçirilən hərtərəfli və tematik yoxlamalarda iştirak etmək;
  • Yoxlama zamanı çoxsaylı məlumatların və hesabatların toplanmasını təmin etmək, cədvəllərin və digər hesabat formalarının hazırlanmasında iştirak etmək;
  • Daxili və xarici müxabirləşmə üzrə sənədlərin qəbulu və emalını həyata keçirmək və rəy cavablarını hazırlamaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273