VAKANSİYA

“Günay Sığorta” işçilər axtarır – VAKANSİYA
05 APREL
1953

“Günay Sığorta” işçilər axtarır – VAKANSİYA

2018-04-05 21:30:00
“Günay Sığorta” Həkim-koordinator və Həkim ekspert
vəzifələrinə işçi axtarır.

Həkim-koordinator

Namizədə tələblər:
• Ali tibbi təhsilli olması;
• Həkimlik praktikası üzrə ümumi biliklərə malik olması;
• Sığorta qanunvericiliyini bilməsi;
• Həkimlik sahəsində bütövlükdə minimum 1 illik iş təcrübəsinə malik olması;
• Word, Excel və İnternetdə işləmə bacarığının olması;
• Azərbaycan dilini yaxşı səviyyədə, rus dilini orta səviyyədə bilməsi.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Tibbi sığorta növü üzrə Sığortalı tərəfndən daxil olan zəngləri cavablandırmaq və
Sığortalının şikayətlərinə uyğun olan tibb müəssisələrində həkimlərlə görüşünü təşkil və
təmin etmək;
• Tibbi sığorta növü üzrə Sığortalının göndərildiyi tibb müəssisəsində aldığı xidmətlərin
qeydiyyatını aparmaq;
• Gün ərzində daxil olan zənglərin, müayinə-müalicəyə göndərilmiş müştərilərin
qeydiyyatını həkim–ekspertə məruzə etmək;
• Müayinə və müalicə prosesi ilə bağlı yaranmış sualları həkim-ekspertlə
dəqiqləşdirmək;
• Şirkətin tibbi sığorta növü üzrə sənədlərinin tərtib edilməsində iştirak etmək.
Əmək haqqı individual olaraq müəyyən ediləcək. Maraqlanan şəxslərdən öz “CV”-lərini
“Subject” başlığına “Həkim-koordinator” yazaraq hr@gunaysigorta.az ünvanına
göndərmələri xahiş olunur.

Həkim ekspert

Namizədə tələblər
• Ali tibbi təhsilli olması;
• Həkimlik praktikası üzrə ümumi biliklərə malik olması;
• Sığorta qanunvericiliyini bilməsi;
• Həkimlik sahəsində bütövlükdə minimum 2 illik iş təcrübəsinə malik olması;
• Word, Excel və İnternetdə işləmə bacarığının olması;
• Azərbaycan dilini əla səviyyədə, rus dilini yaxşı səviyyədə bilmək, ingilis dilini orta
səviyyədə bilməsi.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Daxili normativ aktlara və digər sənədlərə ilkin rəy vermək;
• Tibbi sığorta şəhadətnamələrinin yazılmasını həyata keçirmək;
• Tibbi sığorta növü üzrə xidməti həyata keçirəcək tibb müəssisələrini araşdırmaq,
müqavilə imzalanması üçün tələb olunan prosedurları həyata keçirmək;
• Tibbi sığorta hadisələrində ekpertizaları həyata keçirmək, zərər aktlarını tərtib etmək
və təsdiq etmək, departament direktoruna, sonra isə sahə rəhbərinə təsdiq üçün təqdim
etmək;
• Həkim koordinatorların işinə nəzarət etmək.
Əmək haqqı individual olaraq müəyyən ediləcək. Maraqlanan şəxslərdən öz “CV”-lərini
“Subject” başlığına “Həkim ekspert” yazaraq hr@gunaysigorta.az ünvanına
göndərmələri xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272