VAKANSİYA

“Aqrarkredit” işçi axtarır – VAKANSİYA
04 APREL
1321

“Aqrarkredit” işçi axtarır – VAKANSİYA

2018-04-04 22:00:00
“Aqrarkredit” Hüquq şöbəsinin müdiri vəzifəsinə işçi axtarır.
Yerləşmə: Bakı şəhəri
Hüquq şöbəsinin müdiri
Vəzifələr:
- Müəssisədə hüquq şöbəsinin fəaliyyətinin təşkili;
- Şöbədə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması;
- Departamentin Direktoruna hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;
- Təşkilat adından ölkədə və xaricdə yerləşən  hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisədə hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda bu sənədlərin hazırlanması; 
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi; 
- Müəssisənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyin yerinə yetirilməsi.
Namizədə dair tələblər: 
- Ali hüquqi təhsil (magistr təhsili olanlara üstünlük veriləcəkdir)
- Müvafiq sahə üzrə minimum  5 il iş təcrübənin olması;
-İdarəçilik qabiliyyəti
- Azərbaycan dili yüksək səviyyədə, Rus dili arzu olunandır;
- MS Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- Bank təcrübəsi olanlara üstünlük verilir.
Əmək haqqı namizədlə müsahibə zamanı müəyyən ediləcəkdir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq şöbəsinin müdiri” qeyd edərək [email protected]  elektron ünvanına göndərməyinizi xahiş edirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277