VAKANSİYA

“Akkord” işçi axtarır – VAKANSİYA
02 APREL
3132

“Akkord” işçi axtarır – VAKANSİYA

2018-04-02 22:30:00

Akkord Industrial Company Satış üzrə mütəxəssis (Mərmər-Qranit) vəzifəsinə işçi axtarır.

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili 
• İngilis dili (arzu olunandı)
• Rus dili
• MS Office, 
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (Mərmər Qranit istehsalı sahəsində işləyənlərə üztünlük verilir)
• Ali təhsil  
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• Mərmər istehsalatın texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunur.
• Sürücülük vəsiqəsi (B)

Vəzifələr:

 Müştərilərə istehsal olunan məhsulların satışını təşkil edir;
 Satış hədəflərini və kanallarını müəyyənləşdirir;
 Mərmər Qranit istehsal edən və satışı ilə məşqul olan rəqib müəssisələr, bazar payları, potensial müştərilər, məhsul və xidmətlər haqqında mütəmadi məlumat toplayır;
 Telefon və digər kommunikasiya vasitələri ilə müştərilərlə əlaqə qurur, görüşmə vaxtını təyin edir;
 Müştərilərin qəbulu və lazımi qeydlərin aparılmasını (sistemə işlənməsi) həyata keçirir;
 İstehsal olunan məhsullar barədə təqdimatlar hazırlayır və potensial müştərilərə nümayiş edir;
 Satış qiymətinin razılaşılması və ödəmə şərtlərinin müəyyənləşdirilməsini həyata keçirir;
 Görüşmə satış ilə nəticələnəcəyi təqdirdə müştəri ilə birlikdə sifariş formasının doldurulması
 Müştəri əlaqələrinin inkişaf etdirilməsi. 
 Zavodun ölkə daxili bazar payının qorunması və artırılması ilə bağlı işlərin görülməsi
 Satış fəaliyyətləri ilə bağlı risk analizlərini aparmaq və satışları istiqamətləndirmək.
 Gündəlik, aylıq və illik satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etməsi
 Gələn satış tələblərinə və potensial müştərilərə qiymət təklifinin verməsi, verilən təkliflərin nəticələrinə nəzarət edilməsi
 Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
 Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
 Satış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı + bonus

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Satış üzrə mütəxəssis (Mərmər-Qranit) yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256