VAKANSİYA

“Bank Respublika” işçi axtarır – VAKANSİYA
27 MART
2068

“Bank Respublika” işçi axtarır – VAKANSİYA

2018-03-27 21:00:00

Bank Respublika” ASC Sumqayıt filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Ümumi vəzifə öhdəlikləri:

• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 aprel 2018-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sumqayıt filialı/Kassir” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267