VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
24 MART
2349

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

2018-03-24 22:00:00

Sumqayıt Texnologiyalar Parkı Metaləritmə zavoduna Poladəridən vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Sexdə yerləşən induksiya tipli poladəritmə sobalarında poladəritmə prosesinin aparılmasını təmin edir.      
• Hər ərintidən əvvəl poladəridənin tapşırığı ilə sobanın içində donub qalmış metal qırıntısını təmizləmək üçün köməkçilərinə tapşırıq verir, yaranmış çuxurları məhlulla doldurur.
• Əritmə üçün sobanın yanına yığılmış metal şixtənin tərkibinə nəzarət edir.
• Nasazlıqlar aşkar olunmazsa növbə rəisinin tapşırığı ilə sobanın içinə metal qırıntılarının doldurulmasına göstəriş verir.    
• Metal əridikcə sobanın üzərinə yığılan posanı təmizləyir.
• Soyutma sisteminin və nəzarət ölçü cihazlarının işinə nəzarət edir.
• Sobanın elektrik və istilik rejimini yoxlayır və nəzarət edir.
• Nizamlayıcı və qoruyucu mexanizmlərin siqnallarına və göstəricilərinə nəzarət edir və onlara uyğun hərəkət edir.   
• Sobanın vəziyyətinə və elektrik enerjisindən qənaətlə istifadə olunmasına nəzarət edir.
• Ərinmiş metalın lazımi temperatura çatdırılmasını və çalova boşaldılmasını poladəridənin köməkçilərinə tapşırır.  
• Metalın əridilməsi üçün lazım olan komponentlərin(antrasit, saflaşdırıcı ferroərintilər və s.) varlığını, ölçülməcini və qənaətli səfriyyatını təmin edir.
• Təmirdən sonra sobanı qəbul edir. 
• Təmirdən sonra sobanın qrafik üzrə qızdırılmasını təmin edir. 
• İşçilərin xüsusi geyim və FMV-dən istifadə etmələrinə nəzarət edir.
• Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir. 
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadı olunmamasına əməl edir.
• Sifariş üzrə əridilən metalların növlərini, markalarını və kimyəvi tərkiblərini bilməlidir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirir.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət edir.
• Sahədə kənar şəxslərin olmasına yol verməməli.
• İş yerini daim təmiz saxlamalı .

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında; 
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə; 
• E-mail: 
[email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279