VAKANSİYA

Kapital Bank işçi axtarır – VAKANSİYA
22 MART
2308

Kapital Bank işçi axtarır – VAKANSİYA

2018-03-22 21:00:00

Kapital Bank namizədləri Daxili Audit Departamentinin auditor vəzifəsinə müraciət etməkləpeşəkar komandanın üzvü olmağa dəvət edir.

İmkanlar

  • Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək;

  • Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak;

  • Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə.    

Öhdəliklər

  • İllik Audit Planına əsasən həyata keçirilən audit yoxlamalarında iştirak etmək; 

  • Yoxlama nəticələrini dəstəkləyən məlumatları toplamaq, təhlil və şərh etmək, sənədləşdirmək;

  • Biznes prosesləri yoxlamaq üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək;

  • Audit hesabatlarının yazılmasında iştirak etmək.

Tələblər

  • Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil;

  • Bank sahəsində min. 3 illik iş təcrübəsi;

  • Ünsiyyətqurma və təhlil qabiliyyəti;

  • Mükəmməl yazı bacarığı.

  • Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri.

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Daxili Audit Departamentinin auditoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277