VAKANSİYA

“Azər Türk Bank” işçi axtarır – VAKANSİYA
21 MART
3025

“Azər Türk Bank” işçi axtarır – VAKANSİYA

2018-03-21 22:00:00
Azər Türk Bank” Layihə meneceri vəzifəsinə işçi axtarır.
  • Layihə idarəetməsi sahəsində ən azı 1 illik iş təcrübəsi;

  • Layihə üzrə tələb və tapşırıqların hazırlanması;

  • Layihənin mərhələlərini detallı şəkildə müəyyən edən, layihənin müddəti,resursları, iştirakçıları və xərclərini əks elətdirən iş cədvəlinin tələb olunan formada hazırlanması;

  • Layihənin vaxtında, lazımı resurs, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsinin təmin edilməsi/koordinasiyası;

  • Layihənin icra dövrü ərzində layihə komanda üzvlərinin koordinasiyasının təşkil edilməsi və onların düzgün istiqamətləndirilməsi;

  • Layihənin icra statusu və gedişatı ilə bağlı standart reqlament çərçivəsində görüşlərin təşkil edilməsi (ən azı həftəlik), görüş nəticələrinin protokollaşdırılması;

  • Daimi əsasda layihənin gedişatı barədə layihə rəhbəri və layihə sifarişçisinin məlumatlandırılması, xüsusilə də plan/fakt təhlillərinin nəticələrini, plandan yayınmaları, əlavə yaranan xərclər barədə hesabatların hazırlanması və təqdim edilməsi;

  • Layihənin icrasında qarşıya qoyulmuş hədəflərə çatmaq yolunda komanda üzvlərinə maneə yaradan faktorların aradan qaldırılması istiqamətində tədbirlərin təşkil edilməsi;

  • Layihədə hər hansı bir edilmiş dəyişikliklərə baxılması və təsdiqinin koordinasiya edilməsi;

  • Layihənin yekunlaşdırılması, layihə üzrə yekun hesabatın hazırlanması və layihənin arxivləşdirilməsinin təmin edilməsi.

http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq

CV-ləri [email protected] poçünvanına göndərərək

Mövzu hissəsində “Layihə meneceri” qeyd etmək tələb olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258